07 Dekabr 2024
Dünya futbolu

“Arsenal” rəsmisi klubdan gedə bilər

“Arsenal”ın idman direktoru Eduardo Qaspar London klubunu tərk edə bilər.

İdmanxeber.az-ın məlumatına görə, onun “topçular”dakı işi bəyənilmir. O, klubun transfer strategiyasına görə davamlı tənqid olunur. Həmçinin fanatlar və jurnalistlər büdcədən ayrılan maliyyənin düzgün istiqamətə sərf edilməməsindən şikayətlənir. 

Xatırladaq ki, Edu 2019-cu ildən “Arsenal”da çalışır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43