25 Sentyabr 2024
Dünya futbolu

“Arsenal” serbiyalı hücumçunu transfer edir

“Yuventus”un hücumçusu Duşan Vlahoviç karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Arsenal” 24 yaşlı serb üçün yarışır. Londonlular transferi gələn yay həyata keçirmək niyyətindədir.

Bu mövsüm Vlahoviç 6 oyun keçirib, 2 qol vurub və məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 65 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43