Yeni mövsüm üçün heyətini gücləndirməyə çalışan Londonun “Arsenal” klubu bu dəfə Mario Balotelliyə elçi düşüb.
İdmanxeber.com-un məlumatına görə, “Milan”da ilinə 4 milyon avro qazanan Balotelli “Arsenal”dan daha artıqını tələb edib. Futbolçu ilinə klubundan 6,3 milyon avro maaş istəyir London təmsilçisi isə bu qiymətlə razılaşmaq fikrində deyil.
Qeyd edək ki, məlumatı “Daily Mail” yayıb.