İngiltərənin "Arsenal" klubu növbəti transferini reallaşdırıb.
İdmanxeber.com-un məlumatına görə, London klubu Kolumbiya millisinin qapıçısı David Ospinanı transfer edib.
"Topçular"ın bu transferi yaxında ictimaiyyətə açıqlayacağı bildirilir.
"Dailymail" qəzetinin yaydığı xəbərə görə, "Arsenal" qapıçı ilə üç illik müqavilə imzalayacaq.