“Arsenal” və “Barselona” 17 yaşlı braziliyalı hücumçu Vitor Roke ilə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, London klubu “Atletiko Paranaense” nin futbolçusunu transfer etmək istəyir. “Arsenal”ın baş məşqçisi Mikel Arteta da oyunçu ilə maraqlandıqlarını təsdiqləyib.
Braziliyalı oyunçu tək Premyer Liqa təmsilçisinin nəzarətində deyil. İspaniya “Barselona”sı da 17 yaşlı hücumçunu heyətində görmək niyyətindədir. Kataloniya klubunun yaxın vaxtda qarşı tərəflə təmasa keçəcəyi gözlənilir.
Vitor Rokenin sərbəst qalma məbləği 100 milyon avrodur. Futbolçunun “Atletiko Paranaense” ilə müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. O, ötən mövsüm bütün yarışlarda 36 oyuna çıxıb, 7 qol və 3 məhsuldar ötürmə edib.