Zədə səbəbindən 7 ay “Arsenal”a kömək edə bilməyən Tomas Rosiçki “Börnli” ilə kubok matçında növbəti dəfə sıradan çıxıb.
İdmanxeber.com-un məlumatına görə, tibbi müayinədən keçən çexiyalı futbolçunun 3 ay yaşıl meydanlardan kənar qalacağı açıqlanıb. Tez-tez zədələnərək komandaya xeyir verə bilməyən 35 yaşlı yarımmüdafiəçinin yayda “topçular”dan ayrılacağı gözlənilir.
Qeyd edək ki, Rosiçki 10 ildi “Arsenal” forması geyinir.