İngiltərənin “Arsenal” klubu hücumçu problemini yoluna qoyub.
İdmanxeber.com-un məlumatına görə, “topçular” “Mançester Yunayted”in forvardı Dani Uelbeki heyətinə qatıb.
Artıq tərəflər arasında razılıq əldə olunub və Uelbek tibbi müayinədən keçmək üçün Londona gedib. Bu transferin “Arsenal”a 16 milyon funt-sterlinqə başa gəldiyi bildirilir.