Bu gün Türkiyədəki toplanışını başa vurub vətənə qayıdacaq olan "Qəbələ" klubunun bir müddətdir düşərgəsində baxışda olan fildişi sahilli futbolçu Marko Ne bəyənilməyərək geri göndərilib.
İdmanxeber.com-un məlumatına görə, buna səbəb onun lazımi formada olmamasıdır.
Qeyd edək ki, Marko Ne 2004-cü ildə “Arsenal”da baxışda olub. Ancaq London klubunun baş məşqçisi Arsen Venger onu bəyənməyib.