04 Dekabr 2024
Kateqoriyasız

“Arsenal”ın futbolçusu iddialı danışdı: “Həm “Neftçi”ni, həm də “Sperantsa”nı keçə bilərik”

“Neftçi” – “Sperantsa” cütünün Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi olan Tula “Arsenal”ının yarımmüdafiəçisi İqor Qorbatenko klubun rəsmi saytına açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, 30 yaşlı futbolçu hər iki komandanı keçəcək gücdə olduqlarını deyib:

“Hələlik kiminlə qarşılaşacağımız dəqiq deyil. Amma onu deyə bilərəm ki, “Arsenal” həm “Neftçi”, həm də “Sperantsa”nı keçə və daha da irəli gedə biləcək gücdədir. Başa düşürük ki, Avropada şəhərimiz, klubumuz və öz adımızdan söz etdirə bilərik. Əlimizə düşən şansdan maksimum yararlanıb, qrupa düşmək istəyirik. Layiqli futbolla azarkeşlərimizi sevindirməyə çalışacağıq”.

Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43