“Arsenal”ın müdafiəçisi Kiran Tirni başqa kluba keçə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Aston Villa” və “Nyukasl” 25 yaşlı şotlandiyalıya iddialıdır. Tərəflər arasında ilkin danışıqlar keçirilib.
Tirninin yaxın vaxtda yekun qərarını verəcəyi bildirilir.
O, ötən mövsüm 36 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.