08 Avqust 2022
Kateqoriyasız

“Arsenal”ın futbolçusu “Qalatasaray”a “hə” dedi

“Qalatasaray” heyətini daha bir futbolçu ilə gücləndirməyə yaxındır.

İdmanxeber.az Britaniya mətbuatına istinadən xəbər verir ki, “Arsenal”da çıxış edən Lukas Torreya İstanbul klubuna keçə bilər. Futbolçunun Türkiyə təmsilçisinin illik 3 milyon avrodan 3+1 illik müqavilə təklifinə müsbət cavab veridiyi vurğulanıb.

26 yaşlı oyunçu 2018-ci ildə 28,6 milyon avro qarşılığında İtaliyanın “Sampdoria” klubundan “topçular”a keçib. O, daha sonra icarə əsasında “Atletiko” və “Fiorentina” komandalarında çıxış edib. Torreyra ötən mövsüm 35 oyunda 5 qol və iki məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Emeriyə dedim ki, daha bəsdir”

admin

“Azərsun Holdinq” Dəstək Fonduna 2 milyon manat köçürdü

admin

“Sabah” Volkovu heyətinə qatdı – RƏSMİ

admin