Ölkə futbolu

“Arsenal”ın futbolçusu “Sumqayıt”da – RƏSMİ

“Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.

İdmanxeber.az-ın məlumatına görə, klub son olaraq Rusiya “Arsenal”ında (Tula) çıxış etmiş Kamran Əliyevlə 2,5 illik müqavilə imzalayıb. 24 yaşlı azərbaycanlı futbolçu “Sumqayıt”ın heyətində “23” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Rusiyanın “Ximki” klubunun yetirməsi olan Kamran Əliyev karyerası ərzində “SKA Xabarovsk” və “Arsenal” (Tula) komandalarında da çıxış edib. Kamran həmçinin 21 yaşadək futbolçulardan ibarət milli komandamızın heyətində 2 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43