08 Yanvar 2025
Dünya futbolu

“Arsenal”ın gənc futbolçusu sıradan çıxdı

“Arsenal”ın 17 yaşlı futbolçusu İtan Nvaneri zədələnib.

İdmanxeber.az-ın məlumatına görə, gənc oyunçu “Brayton”la oyunda (1:1) sıradan çıxıb. Onun bir neçə həftə yaşıl meydanlardan kənar qalacağı bildirilir.  Nvaneri 15 yaşında Premyer Liqada debüt edən ən gənc futbolçudu.

Qeyd edək ki, İtan çempionatda vurduğu iki qolla yanaşı, “topçular”ın  yarımfinala yüksəldiyi Liqa Kubokunda da üç qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43