Dünya futbolu

“Arsenal”la matç öncəsi “Liverpul”da ciddi itkilər

“Liverpul”  İngiltərə Premyer Liqasının 27-ci turunda “Arsenal”a qarşı oyuna ciddi itkilərlə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, komandanın aparıcı futbolçuları futbolçuları Daniel Staric və Jordan Hernderson sözügedən matçda iştirak etməyəcək. Bu barədə klubun baş məşqçisi Yurgen Klopp məlumat verib. O bildirib ki, hər iki oyunçu zədə səbəbindən sözügedən qarşılaşmanı buraxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43