20 Sentyabr 2024
Dünya futbolu

Arteta darmadağını şərh etdi: “Bunu istənilən rəqibə qarşı edə bilərik”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasında “Lans” üzərində böyük hesablı qələbədən (6:0) sonra fikirlərini bölüşüb.

İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis komandasının qələbəsi barədə bunları deyib:

“Mən bu hesabı heç xəyal etməmişdim. Bu gün pley-off mərhələsinə vəsiqə qazanmaq və qrupda birinci olmaq şansımız oldu. Düşünürəm ki, bunu çox yaxşı komandaya qarşı bacardıq.

Əvvəldən komanda çox aqressivlik və əzmkarlıq nümayiş etdirdi. Hər şey ilk 30 dəqiqədə baş verdi. Bu, həqiqətən də matçda qələbə qazanmağa kömək etdi. Bu yolla qalib gələ bilməyimiz çox gözəldir.

Evdə göstərdiyimiz ardıcıllıq və çox qol vurmağımız həqiqətən müsbət amildir. Oyunçular bu təcrübəyə malik olmalıd və inanmalıdırlar ki, biz bunu istənilən rəqibə qarşı edə bilərik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43