İngiltərə Premyer Liqasının 24-cü turunda “Arsenal” – “Mançester Siti”ni 5:1 hesabı ilə məğlub edib.
İdmanxeber.az-ın məlumatına görə, bu nəticə “toçular”ın baş məşqçisi Mikel Arteta üçün əlamətdar olub. Belə ki, ispaniyalı mütəxəssis “şəhərlilər”ə qarşı keçirdiyi son 5 oyunda 3 qələbə qazanıb və 2 heç-heçə edib.
Bununla da Arteta Pep Qvardiolaya qarşı məğlubiyyətsizlik seriyası ən uzun mütəxəssis olub. Bu göstəricini yalnız Tomas Tuxel (2016-2021) və Yurgen Klopp (2021-2022) əldə etmişdi.