01 Yanvar 2025
Ölkə futbolu

“Artıq 500 min xərcləmişik, daha 500 min manat da ayıracağıq”

Çempionluğa iddialı “Şəfa” klubu Azərbaycan II Liqasında mövsümün ilk yarısını ikinci pillədə tamamlayıb. Bakı təmsilçisi lider “Şahdağ Qusar”dan 5 xal geridə qalır.

Böyük iddialarla mübarizəsini davan etdirən “Şəfa” mövsümün ilk yarısında kifayət qədər ciddi vəsait xərcləyib. Bu barədə klubu himayəyə götürən “My Group” holdinqin vitse-prezidenti Kənan Sadıqlı İdmanxeber.az saytına açıqlama verib.

O, mövsümün ikinci yarısında da kluba dəstəyin davam edəcəyini bildirib:

“Çempionatın ilk yarısında “Şəfa” üçün 500 min manat büdcə ayırmışdıq. Hazırda ikinci pillədəyik. Amma hədəfimiz çempionluqdu. Biz şirkət olaraq klubumuzun yanındayıq və mövsümün ikinci yarısında da lazım olan qədər “Şəfa”ya dəstək olacağıq. Yanvardan sonra komandanın güclənməsi və klub kimi formalaşması üçün daha 500 min manat ayıracağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43