29 Sentyabr 2024
Dünya futbolu

“Artıq velosipedimi sürə bilirəm” – Manuel Noyer

“Bavariya”nın qapıçısı Manuel Noyer zədəsini sağaltmasından danışıb.

İdmanxeber.az-ın məlumatına görə, uzun müddətdir yaşıl meydanlardan kənar qalan təcrübəli oyunçu yerli mətbuata açıqlama verib. O, özünü daha yaxşı hiss etdiyini bildirib:

“Bərpa prossesi çox yaxşı gedir. Son testlər müsbət cavab verdi. Hər gün irəliyə doğru addım atmaq gözəldir. Biz hamımız optimistik. Hazırda qapalı məkanda keçirdiyim məşqlər davam edir.

Artıq velosipedimi heç bir problem olmadan sürə bilirəm. Komanda yoldaşlarımı hər gün görürük və bir-birimizlə danışırıq. Bundesliqada işi yenidən öz əlimizə almışıq. Əminəm ki, Almaniya çempionu olacağıq”.

36 yaşlı almaniyalı qapıçı dekabrın 10-da xizək kurortunda dincələn zaman ayağını sındırıb və 2022/23 mövsümünün sonuna kimi yaşıl meydanlardan kənarda qalıb.

“Bavariya” Bundesliqada 27 turdan sonra 58 xalla turnir cədvəlinə başçılıq edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43