24 Noyabr 2024
Ölkə futbolu

“Artıq yerli məşqçilərə şans verməyin vaxtıdır”

“Millinin potensialı var və daha yaxşı nəticələr əldə etməyə layiq komandadır. Hansısa rəqibə zəif demək üçün dərindən düşünmək lazımdır. Avropada zəif rəqib yoxdu, oyuna ciddi yanaşmasan hər matçı məğlub ola bilərsən. Son oyunda əldə olunan qələbə də bizə əlavə ruh yüksəkliyi verəcək və Avstriya ilə oyunda yaxşı nəticə əldə edəcəyimizə ümid edirəm”.

Bu sözləri İdmanxeber.az saytına “Şamaxı”nın baş məşqçisi Vüqar Əskərli AVRO-2024 seçmə mərhələsi çərçivəsində keçiriləcək Avstriya görüşü barədə danışarkən deyib. O, Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin işi barədə də danışıb:

“Təbii ki, milli komandamızda işləyən hər bir məşqçinin müəyyən əməyi var. Heç kim uğursuz olmaq istəməz. Çox güman ki, seçmə mərhələnin sonunda hər məşqçinin işi haqqında hesabatı olur və federasiya da buna uyğun millimiz üçün xeyirli bir qərar verər.

Mən düşünürəm ki, artıq yerli mütəxəssislərə də şans verməyin vaxtıdır. Ölkəmizdə kifayət qədər uğurlu məşqçilər var. Millidə yerli məşqçi işləsə, yaxşı nəticələr verə bilər. 

Hazırda millinin heyətində legioner həyatı yaşan oyunçuların sayı çoxdur. Amma müxtəlif vaxtlarda yaxşı heyətlərimiz olub. İndiki millimizi çox da fərqləndirmək istəməzdim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43