28 Fevral 2024
Ölkə futbolu

“Arxı tullanmamış, hop demək istəmədik”

“Möhtəşəm bir duyğudu. Özəlliklə hər kəsin təbrik etməsi, fərqli formada, layiqli olduğumuzu hər kəsin söyləməsi… Çempionluq bu dmeək olmalı. Həqiqətən möhtəşəm bir hissdi. Biz çempion olmağımıza iananırdıq, ancaq hələ sonra 3 tur qalmışdı deyə, məsələnin rəsmiləşməsini gözləyirdik. Azarkeşlərimiz də dünən möhtəşəm idi. Biz heç çempionluğa hazırlaşmamışdıq da. Sadəcə bir enerji partlaması oldu. Qurban Qurbanov da nə Avroliqa, nə Çempionlar Liqasını fikirləşməmişdi. Ancaq qarşıdakı turları fikirləşirdi ki, əsas olan bu titula yiyələnmək idi”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.

Çempion klubun rəsmisi daha sonra sözlərinə belə davam edib:

Bu mövsüm bütün klublar, baş məşqçilər, futbolçular, qısacası hər kəs “Qarabağ”ın çempionluğu haqq etdiyini deyirlər. Bu bizim üçün yaxşı haldı. Alnımızın təri ilə qızıl medallara sahib çıxdıq və bunu hər kəs də bilir. Çempionlıar Liqasında mübarizə aparacağıq. Lakin inanın heç Qurban Qurbanov da hansı transferlərin olacağı və digər məsələləri fikirləşməyib. Diqqətimiz çempionat oyunlarında idi ki, rəsmiləşdirək. Arxı tullanmamış, hop demək istəmədik. Buna görə də, bundan sonra hansısa planlar olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43