25 Dekabr 2024
Ölkə futbolu

“Aşağı pillələrdə gərginlik var” – Vüqar Əsgərli

“Son oyunlarımız çətin keçəcək. Çünki, aşağı pillələrdə gərginlik var. Rəqiblərin adlarından asılı olmayaraq hər matçda xal qazanmağa çalışacağıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli “Qarabağ” oyunu barədə  danışarkən deyib. O, daha sonra belə davam edib:

 “Qarabağ”la oyunun ağır kecəcəyi bəlli idi. Buna baxmayaraq futbolçularımız verilən tapşırıqları layiqincə yerinə yetirdilər. Ani diqqətsizlikdən məğlub olduq. Amma əl-qolumuzu sallayası deyilik. Məşqlərdə əzmkarlıq göstərib növbəti matçlarda qələbə qazanacağıq.

Cox işləməliyik. Sonuncu dövrədə məşqlərin tempi aşağı düşməlidir. Futbolçular robot deyil, insandır. Gündə iki məşqimiz olur. Həftədə cəmi bir gün istirahət edirik. Amma buna baxmayaraq daha çox məşq edib problemi aradan qaldırmalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43