23 Sentyabr 2024
Ölkə futbolu

Asif Əsgərov UEFA-nın iclasında iştirak edib

“Qarabağ” Klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov bir müddət əvvəl UEFA-nın Yarışların Təşkili (2023-27-ci illər) Komitəsinin üzvü seçilib. Bu, UEFA komitələri sırasında ən nüfuzlusu sayılır. Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasına aid bütün məsələlər, o cümlədən dəyişilikliklər məhz bu komitədə müzakirə olunur və təsdiqlənir.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ” rəsmisi dünən UEFA Komitəsinin Cenevredə keçirilən toplantısında iştirak edib. Komitənin yeni tərkibdə ilk iclası (online) fevralın 1-də, ilk canlı görüşü isə martın 4-5-də İsveçrədə baş tutub.

İclasda 2023-27-cü illər üçün Avropa kubokları ilə bağlı bəzi dəyişikliklər təsdiqlənib və ictimaiyyətə təqdim olunub. Bəziləri isə yaxın günlərdə açıqlanacaq. Açıq qalan məsələlər isə komitənin mayın 31-də Londonda keçiriləcək iclasında müzakirə olunacaq.

Xatırladaq ki, Əsgərov 2023-cü ilin sentyabrında Avropa Klublar Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü seçilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43