Dünya futbolu

Asim İbrahimov rəsmən “Adanaspor”da

Azərbaycanlı məşqçi Asim İbrahimov Türkiyədə çalışacaq.

İdmanxeber.com-un məlumatına görə, İbrahimovun Türkiyənin 1-ci liqa klubu “Adanaspor”un idman direktoru vəzifəsinə təyinatı rəmsiləşib. Bu barədə klubun saytı məlumat yayıb.

Asim İbrahimov əvvəllər ölkəmizdə MOİK, “Qaradağ Lökbatan”, “İnter”, “Turan” və “Neftçi”də çalışıb. Onun son iş yeri Ukrayna 2-ci liqa təmsilçisi “Podolye” (Xmelnitski) olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43