07 Oktyabr 2024
Ölkə futbolu

Asim Xudiyev UEFA-dan növbəti təyinat aldı

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

İdmanxeber.az xəbər verir ki o, UEFA Millətlər Liqasının III turu çərçivəsində keçiriləcək Slovakiya – İsveç görüşünün hakim-inspektoru olacaq.

Azərbaycan millisinin də yer aldığı C liqasının I qrupunun matçı oktyabrın 11-də Bratislavada baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43