İdman

Aşıq gəldi, Ramin Musayev 55-ci yaşını belə qeyd etdi – FOTOLAR

Bu gün Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev 55-cü yaş gününü qeyd edib.

İdmanxeber.com-un məlumatına görə, səbəbkara AFFA-nın inzibatı binasında doğum günü partisi təşkil olunub. Qurum rəhbərini təbrik edən PFL əməkdaşları Musayevin könlünü şad etmək üçün AFFA-ya aşıq dəvət ediblər.

Yeni yaşa qədəm qoyması münasibəti ilə biz də İdmanxeber.com ailəsi olaraq Ramin Musayevi təbrik edir, ona can sağlığı və işlərində müvəffəqiyətlər arzulayırıq.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43