İdman

“Astana” inanılmazı gerçəkləşdirib

Qazaxıstan “Astana”sı son 3 ildə UEFA-nın klub reytinqində 385 pillə irəliləyib.

İdmanxeber.com-un məlumatına görə, hazırda paytaxt təmsilçisi 67-ci pillədə qərarlaşıb.

Halbuki klub 3 il əvvəl 452-ci yerdə idi. “Astana”nın belə irəliləyişə nail olması Avropada yeni rekorddur. Qazaxıstan klubu ölkə tarixində ilk dəfə Avropa Liqasının 1/16 finalına vəsiqəni təmin edib.

Qeyd edək ki, “Astana” növbəti mərhələdə Portuqaliya “Sportinq”i ilə üz-üzə gələcək. Bu klub 2015-2016 mövsümündə Çempionlar Liqasının, 2016-2017 mövsümündə isə Avropa Liqasının qrup mərhələsində çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43