”Aston Villa” Leon Beylinin müqaviləsini uzatmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, Birmingem klubu yamaykalı oyunçuyla 2027-ci ilin yayına qədər yeni sözləşmə imzalayacaq.
26 yaşlı Beyli 2021-ci ildə “Bayer”dən “Aston Villa”ya transfer olunub. O, bu mövsüm bütün turnirlərdə 31 oyuna 10 qol vurub və 9 məhsuldar ötürmə edib.