“Atalanta”nın CEO-su Luka Perkassi mümkün “Qarabağ” püşkündən danışıb.
İdmanxeber.az xəbər verir ki, “Corriere Bergamo”ya danışan “göy-qaralar”ın rəsmisi bunları deyib:
“Məndən olsaydı, artıq qarşılaşdığımız komandalardan qaçardım. Yeni rəqiblə qarşılaşmağımızı istərdim. Məsələn, Çexiyanın “Sparta” klubu. Uzaq Azərbaycandan “Qarabağ”la qarşılaşmaq necə olardı? Hər yeni rəqib bizim üçün yaxşıdır”.
“Atalanta” Avropa Liqasında qrupunu lider bitirdiyi üçün birbaşa 1/8 finala adlayıb.