Dünya futbolu

“Atletik” “Braqa”nın oyunçusunu transfer edir

”Atletik” (Bilbao) “Braqa”nın oyunçusu Alvaro Calonu yayda transfer edəcək.

İdmanxeber.az-ın məlumatına görə, Bask komandası bu keçidə görə Portuqaliya klubuna bonuslarla birlikdə 20 milyon avro ödəyəcək.

Calo 2022-ci ildən “Braqa”nın əsas komandasında çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 38 oyunda 14 qol vurub və 3 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43