Madridin “Atletiko” klubu yeni futbolçu ilə güclənib.
İdmanxeber.com-un məlumatına görə, “qırmızı-ağlar” “Vilyarreal”ın futbolçusu Lusiano Viettonu heyətinə qatıb.
Argentinalı hücumçu ilə 6 illik müqavilə imzalanıb. Viettonun keçidi Madrid klubuna 20 milyon avroya başa gəlib.
Qeyd edək ki, Vietto “Vilyareal”da son mövsüm 32 matça çıxıb, 12 qol vurub.