“Atletiko” “Barselona”nın futbolçusu Kleman Lanqleni birdəflik transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu icarə əsasında Madrid klubunda çıxış edir. “Atletiko” 29 yaşlı oyunçunun perfromansından məmnundur və onu buraxmaq istəmir. Ancaq hələlik tərəflıər anlaşa bilmirlər.
Fransalı Dieqo Simeonenin komandasında 20 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.