20 Sentyabr 2024
Dünya futbolu

“Atletiko” “Barselona”nın müdafiəçisiylə maraqlanır

“Atletiko” (Madrid) İniqo Martinesi heyətinə qatmaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu 32 yaşlı futbolçunu transfer etmək üçün “Barselona” ilə masaya oturacaq. “Atletiko” bu keçidə görə hazırda icarə əsasında Katalon klubunda çıxış edən Joao Feliksdən də istifadə edə bilər.

Martines ötən ilin yayından “Barselona”da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 18 oyuna çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43