Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən Joze Mourinyonun komandası heyətini "Atletiko"lu Miranda de Souza ilə gücləndirmək fikrinə düşüb.
İdmanxeber.com-un məlumatına görə, daha öncə "Atletiko"dan Dieqo Kosta və Felipe Luisi transfer edən "zadəganlar" bu dəfə isə Miranda üçün 25 milyon avroluq təklif göndərib. Amma Madrid klubu "Çelsi"nin bu təklifini rədd edib və brazilyalı futbolçu üçün 30 milyon avro tələb edib.
Qeyd edək ki, məlumatı "AS" qəzeti yayıb.