18 Noyabr 2024
Dünya futbolu

“Atletiko” kapitanın müqaviləsini uzadacaq

”Atletiko” Kokeylə yeni müqavilə üçün danışıqlara başlayıb.

İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu kapitanına 1 və ya 2 illik yeni sözləşmə təklif edəcək. 32 yaşlı yarımmüdafiəçinin hazırki müqaviləsi bu ilin yayında bitirdi.

Koke 8 yaşından bəri “Atletiko”dadır. O, bu mövsüm bütün turnirlərdə 36 oyuna çıxıb və 4 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43