20 Fevral 2025
Dünya futbolu

“Atletiko” kapitanını itirdi

“Atletiko”nun kapitanı Koke zədə səbəbindən sıradan çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu sağ ayağından zədələnib. Onun yaşıl meydanlara dönəcəyi tarix açıqlanmayıb. 33 yaşlı oyunçu İspaniya çempionatının cari mövsümündə 23 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

La Liqanın 24 turundan sonra Dieqo Simeonenin komandasının aktivində 50 xal var. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43