20 Sentyabr 2024
Dünya futbolu

“Atletiko” “Mançester Siti” ilə danışıq aparır

“Atletiko” “Mançester Siti”nin hücumçusu Julian Alvaresin transferi ilə bağlı danışıq aparır

İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı argentinalı İngiltərə klubunda oyun müddətindən razı olmadığı üçün bu keçiddə maraqlıdır. Alvares 2022-ci ilin yayından “Mançester Siti”də çıxış edir.

 O, “şəhərlilər”in heyətində 103 oyun keçirib, 36 qol vurub və 18 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı onun dəyərini 90 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43