“Atletiko” heyətini yeni futbolçu ilə gücləndirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Rayo Valyekano”da çıxış edən Andrei Ratu klubun marağındadır. 26 yaşlı futbolçunun sərbəst qalma maddəsi 25 milyon avrodur.
Onun “Rayo Valyekano” ilə müqaviləsi 2028-ci ilə qədərdir.
Ratu İspaniya çempionatının cari mövsümündə 7 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.