Dieqo Kostanı “Çelsi”yə satan, Tibo Kurtua və Felipe Luislə da yollarının ayıracağı gözlənilən Madridin “Atletiko” klubu daha bir oyunçusunu sata bilər.
İdmanxeber.com-un məlumatına görə, “Porto” klubu “Atletiko”nun ulduz futbolçusu Adrian üçün dəvət göndərib. Yaxın günlərdə bu transferin gerçəkləşəcəyi gözlənilir.
Qeyd edək ki, bu məlumatı İspaniya mətbuatı yayıb