Nahuel Molina “Atletiko” ilə müqaviləsini uzadacaq.
İdmanxeber.az-ın məlumatına görə, argentinalı cinah müdafiəçisi paytaxt klubuyla 2028-ci ilə qədər yeni sözləşmə imzalamaq üçün razılığa gəlib. Yeni müqavilədə 70 milyon avroluq sərbəstqalma bəndi də olacaq.
Molina bu mövsüm 14 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.