“Atletiko”nun ev oyunlarını keçirdiyi stadionun adı dəyişdiriləcək.
İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu Səudiyyə Ərəbistanının “Riyadh Air” aviadaşıyıcı şirkəti ilə müqavilə bağlayıb. Tərəflər arasında uzunmüddətli sözləşmə imzalanıb.
“Atletiko”nun bu tərəfdaşlıqdan 250-300 milyon avro qazanacağı bildirilir.