“Atletiko” ev oyunlarında azarkeşlərlə bağlı yeni qərar qəbul edib.
İdmanxeber.az-ın məlumatına görə, Madrid təmsilçisi üzlərini gizlədən tamaşaçıları stadiona buraxmayacağını bildirib. Klub saytından edilən açıqlamada “Real”la görüşdə meydançaya yad əşyalar atan azarkeşlərin də üzvlüyünün birdəfəlik ləğv edildiyi vurğulanıb.
Xatırladaq ki, ötən tur “Real” qarşı keçirilən matç (1:1) 70-ci dəqiqədə azarkeşlərin davranışına görə yarımçıq dayanıb. Ev sahibi azarkeşlər qonaqların qapıçısı Tibo Kurtuaya yad əşyalar atmağa başlayıblar. Oyun daha sonra bərpa edilib.