Transfer çalışmalarına start verən “Atletiko” heyətini gücləndirir.
İdmanxeber.com-un məlumatına görə, Madrid təmsilçisi “Vilyarreal”ın hücumçusu Lusiano Viettonu transfer etmək istəyir.
21 yaşlı argentinalı forvardın keçidinə görə “Atletiko” klubu qarşı tərəfə 20 milyon avro ödəməyə hazırdır. Lakin Viettonun keçidinin yubanmasına səbəb “Rasinq” və “Vilyarreal”ın öz aralarında razılığa gələ bilməməsidir. Belə ki, futbolçunun hansı kluba məxsus olduğu hələ məlum deyil.