22 Oktyabr 2024
Dünya futbolu

“Atletiko”nun müdafiəçisi sıradan çıxdı

İspaniyanın “Atletiko” klubunun müdafiəçisi Kleman Lanqle zədələnib.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu La Liqanın 10-cu turunda “Leqanes”lə matçda (3:1) xəsarət alıb. O, uzun müddət yaşıl meydanlardan kənar qalacaq.

Qeyd edək ki, Lanqle bu mövsüm 2 oyunda meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43