Sabah Avro-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – İtaliya matçına bilet satışı davam edir.
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Mikayəl Nərimanoğlunun İdmanxeber.com-a verdiyi məlumata görə, dünənə kimi 35 min bilet satılıb. Oyun saatına kimi bu rəqəmin daha böyük olması gözlənilir.
Qeyd edək ki, Bakı Olimpiya stadionu 69 min tamaşaçı tutumuna malikdi.