22 Oktyabr 2024
Dünyadan

AVRO-2016: İtaliya İsveçi də məğlub etdi

AVRO-2016-da qrup mərhələsinin oyunları davam edir.

İdmanxeber.com-un məlumatına görə, II turun oyunları çərçivəsində E qrupunda qərarlaşan İtaliya millisi İsveçlə üz-üzə gəlib.

İlk görüşdə 3 xal əldə edən italyanlar bu matçda da qələbə qazanaraq 1/8 finala yüksəlib.

Qeyd edək ki, bu qrupun digər oyunu "Belçika" – İrlandiya matçı sabah keçiriləcək.

17 iyun

E qrupu

17:00. İtaliya – İsveç 1:0

Qol: Eder, 88

Baş hakim: Viktor Kaşşai

Yan xətt hakimlər: Györgi Rinq, Vensel Tot

Əlavə köməkçi hakimlər: Tamaş Boqnar, Adam Farkaş (hamısı Macarıstan)

Dördüncü hakim: Klemen Turpin (Fransa)

Tuluza. Tuluza şəhər stadionu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43