Kateqoriyasız

AVRO-2020: 1/8 finala yekun vuruldu, 1/4 final cütləri bilindi

Bu gün AVRO-2020-də 1/8 final mərhələsinə yekun vurulub. Sonuncu oyun günündə 2 matç keçirilib.

Əvvəlcə İngiltərə Almaniya ilə üz-üzə gəlib. 2 cavabsız qolla qalib gələn ingilislər 1/4 finala çıxıb.

Günün son matçında İsveç Ukrayna ilə qarşılaşıb. Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib – 1:1. Ancaq əlavə vaxtın sonlarında Ukrayna daha bir qol vuraraq tarixində ilk dəfə 1/4 finala çıcıb. Burda Andrey Şevçenkonun komandası İngiltərə ilə üz-üzə gələcək.

AVRO-2020
1/8 final

29 iyun

20:00. İngiltərə – Almaniya – 2:0
Qollar: Sterlinq, 75, Keyn, 86

23:00. İsveç – Ukrayna – 1:2 (əsas vaxt – 1:1)
Qollar:
 Forsberq, 43 – Zinçenko, 27, Dovbuk, 120+1
Qırmızı vərəqə: Danielson, 98 (İsveç)

Yarımfinala vəsiqə uğrunda aşağda adları qeyd olunan komandalar bir-biri ilə mübarizə aparacaq:

2 iyul

20:00. İsveçrə – İspaniya
Sankt Peterburq

23:00. Belçika – İtaliya
Münhen

3 iyul

20:00. Çexiya – Danimarka
Bakı

23:00. Ukrayna – İngiltərə
Roma


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43