Kateqoriyasız

AVRO-2020 Bakıdan alınır?

AVRO-2020 əvvəldən nəzərdə tutulduğu kimi 12 yox, 1 ölkədə keçirilə bilər.

Almaniyanın “Bavariya” klubunun prezidenti karl-Hayns Rummeniqqe “La Gazetta dello Sport”a bildirib ki, UEFA prezidenti lLeksandr Çeferin bu məsələni düşünür:

“Koronavirus pandemiyası ilə bağlı vəziyyətə çox ciddi yanaşan Aleksandr Çeferinin Avropa çempionatına bir ölkənin ev ahibliyi etməsinin daha doğru olub-olmadığı ilə maraqlandığını bilirəm. Unutmamalıyıq ki, turnirin bir neçə ölkədə keçirilməsi ideyası pandemiyadan əvvəl yaranıb”.

AVRO-2020 ötən il keçirilməli olsa da koronavirusa görə təxirə salınıb. Turnirin bu il təşkil edilməsi planlaşdırır. Avropa çempionatının 3 qrup, 1 1/4 final oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43