Kateqoriyasız

AVRO-2020: daha iki komanda 1/8 finalda

AVRO-2020-nin qrup mərhələsi davam edir. Daha 3 matç keçirilib.

B qrupunda Danimarka Belçika ilə üz-üzə gəlib. Görüşdə hesabı danimarkalılar açsa da, Belçika daha sonra 2 qol vuraraq ikinci qələbəsini qazanıb. Beləliklə, xalını 6-ya çatdıran “qırmızı şeytanlar” 1/8 finala vəsiqəni təmin edib. Bu qrupda Finlandiya və Rusiyanın 3 xalı var. Danimarka xal üzünə həsrətdi.

C qrupunda Ukrayna Şimali Makedoniya ilə qarşılaşıb. Andrey Şevçenkonun komandası ilk qələbəsini 2:1 hesabı ilə əldə edib. Qrupun digər matçında Niderland Avstriya ilə oynayıb. 2 cavabsız qolla qələbə qazanan “narıncılar” xalını 6-ya çatdırıb. Frank de Burun komandası bu nəticə ilə 1/8 finala yüksələn 3-cü kollektiv olub. Bu qrupda Avstriya və Ukraynanın 3 xalı varsa, Şimali Makedoniya xalsızdı.

1/8 finala daha əvvəl İtaliya vəsiqə əldə etmişdi.

AVRO-2020
II tur

B qrupu

20:00. Danimarka – Belçika – 1:2
Qollar:
 Poulsen, 2 – T.Azar, 55, De Bruyne, 70

C qrupu

17:00.Ukrayna – Şimali Makedoniya – 2:1
Qollar: Yarmolenko, 29, Yaremçuk, 34 – Alioski, 57

23:00. Niderland – Avstriya – 2:0
Qollar: 
Depay, 11 (pen.), Dyumfris, 67


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43