Kateqoriyasız

AVRO-2020: İtaliya finalda!

AVRO-2020-də yarımfinal mərhələsinə start verilib.

İlk oyun günündə İtaliya və İspaniya milliləri üz-üzə gəlib. Londonda “Uembli” stadionunda keçirilən qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə yarım saatda hesab dəyişməyib. Penaltilər seriyasında isə italyanlar daha dəqiq oynayıb. 4:2 üstün olan Apenin təmsilçisi ilk finalçı adını qazanıb.

AÇ-2020
Yarımfinal

6 iyul

23:00 İtaliya – İspaniya – 1:1 (penaltilər – 4:2)
Qollar:
 Kyeza, 60 – Morata, 81


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43