AVRO-2020-nin qalibinin adına aydınlıq gəlib.
İdmanxeber.az-ın məlumatına görə, qitənin ən güclüsü adı uğrunda İngiltərə və İtaliya milli komandaları üz-üzə gəlib.
Londonun “Uembli” stadionunda keçirilən matçın əsas vaxtında qalib müəyyənləşməyib – 1:1. Əlavə vaxtda da hesab dəyişməyib. Penaltilər seriyasında daha dəqiq olan italyanlar Avropanın ən güclüsü adını qazanıb.
AVRO-2020
Final
11 iyul
23:00. İtaliya – İngiltərə – 1:1 (penaltilər – 3:2)
Qollar: Bonuççi, 67 – Şou, 3